Bakıda fərdi evdə yanğın olub

Bakıda fərdi evdə yanğın olub
# 18 fevral 2016 00:07 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA. Bu gecə Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, Albalılıq-1 yaşayış massivində Teymur Rzayevə məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli ev yanıb. Yanğın zamanı evdə Teymur Rzayevin həyat yoldaşı və iki azyaşlı nəvəsi olub.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub.

Evdə olan əşyalar və 25 min manat yanaraq kül olub. Alov söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Hadisə ilə bağlı FHN də məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR