Osman Gündüz: “Azərbaycanın İKT sahəsində həyata keçirilən layihələrdə bir sıra nöqsanlar var”

Osman Gündüz: “Azərbaycanın İKT sahəsində həyata keçirilən layihələrdə bir sıra nöqsanlar var”
# 25 dekabr 2009 11:25 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Azərbaycan İnternet Forumunun direktoru Osman Gündüz mətbuat konfransı keçirib.

APA-Economics”in məlumatına görə, O.Gündüz il ərzində ölkənin İKT sahəsində baş vermiş hadisələr haqda məlumat verib və həyata keçirilməsi vacib olan məsələlərə toxunub.

Onun sözlərinə görə, əsas dəyişiklər İKT sektorunun internet sahəsində baş verib və bu, genişzolaqlı internet xidmətlərinin qiymətinin 10 dəfə aşağı düşməsi ilə bağlıdır: “Lakin hazırda Azərbaycanda internet tarifləri ilə problemin həll olunması ilə yanaşı, qiymət qarşılığı ilə keyfiyyətdə nöqsanlar mövcuddur. AİF-in keçirdiyi monitorinqin nəticələrinə görə, internet provayderlərin böyük hissəsi hazırda istifadəçilərə təklif etdikləri sürətləri onlara təqdim etmirlər. İstifadəçi daha yüksək sürətin pulunu ödəsə də, provayder ən yaxşı halda 700-800 kbit/s sürətlə internetə qoşulma imkanı təqdim edir”.

Bununla yanaşı, O.Gündüz Azərbaycanın İKT sahəsində həyata keçirilən layihələrin gedişatı ilə bağlı bir sıra nöqsanların olduğunu bildirib. O, kosmik sənayenin yaradılması layihəsi çərçivəsində informasiya mərkəzinin yaradılması və kadrların hazırlanması sahəsində işlərin ləng getdiyini qeyd edib.

Ekspert “Azerfon” şirkətinin tətbiq etdiyi 3G infrastrukturunun hansı səviyyədə olduğunu müəyyən etmək, 3G bazarında əhalinin maraqlarına uyğun tariflərin müəyyən edilməsi və bu texnologiyanın kütləviliyini təmin etmək üçün bazarda bir neçə operatorun fəaliyyət göstərməsinin vacib olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR