Dəvəçi və Siyəzəndə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində təlimlər keçirilir

Dəvəçi və Siyəzəndə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində  təlimlər keçirilir
# 12 yanvar 2010 09:39 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda «İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər keçirilir.

Layihənin işçi qrupundan “APA-Economics”ə verilən məlumata görə, bu dəfə təlimlər Dəvəçi və Siyəzəndə keçirilir.

Dəvəçidə keçirilən təlimlərin açılışı Dəvəçi rayon Mədəniyyət və Turizm Şöbəsinin akt zalında baş tutub. Mərasimdə Dəvəçi rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Vahabov, Dəvəçi rayon İcra Hakimiyyətinin şöbə müdiri Fikrət Nuşiyev, Dəvəçi rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əlməmmədov və “İRƏLI” İctimai Birliyinin nümayəndəsi İmam Quliyev iştirak ediblər.

Siyəzən təlimləri isə Siyəzən rayon Mədəniyyət Sarayının akt zalında keçirilir. Mərasimdə Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Heydərov, Gənclər və İdman İdarəsinin rəisi Elvin Hacızadə, Siyəzən rayon Təhsil Şöbəsinin müdiri Rafael Hacıyev iştirak ediblər.

Dəvəçidə keçirilən təlimlərdə 136 nəfər, Siyəzəndə isə 135 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti, “Microsoft” şirkəti, “Bestcomp” şirkəti və bir sıra informasiya portalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR