“M2M telematika” sərnişindaşımanın təhlükəsizliyini təmin edilməsi üzrə qlobal işlər aparacaq

“M2M telematika” sərnişindaşımanın təhlükəsizliyini təmin edilməsi üzrə qlobal işlər aparacaq
# 28 yanvar 2010 11:10 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Rusiyanın “M2M telematika” şirkəti bu il ərzində gəlirlərin əsasən regional layihələrdən gələn vəsaitlər hesabına formalaşacağını gözləyir.

«APA-Economics»in məlumatına görə, ötən il şirkət Rusiya və MDB-də 18 yeni Regional Dispetçer Mərkəzi yaradıb, onların arasında Azərbaycan da var.

Hazırda şirkətin MDB ölkələrindən Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və Belarusda tərəfdaş şəbəkəsi fəaliyyət göstərir. Tərəfdaş proqramının iştirakçıları regionlarda telematik xidmətlərin göstərilməsi üzrə icazənamə sənədlərinin tam dəstindən istifadə edə bilərlər.

Ötən ilin nəticələrinə görə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 400 şirkət “M2M telematika” həllərini tətbiq edib.

Şirkətin ekspertlərinin proqnozlarına əsasən, 2011-ci ildə artıq sərnişin daşıma üzrə bütün nəqliyyat vasitələri QLONASS əsasında avadanlıqla təchiz edilməlidir. Beləliklə, bu il ərzində nəqliyyatın idarə olunması və monitorinqi üzrə məsələlərlə yanaşı, sərnişindaşımanın təhlükəsizliyinin artırılması ilə bağlı daha qlobal məsələlər həll ediləcək.

“M2M telematika” QLONASS və GPS texnologiyaları əsasında proqram-aparat komplekslərinin hazırlanması, müxtəlif növ nəqliyyatın idarə edilməsi və monitorinqi GSM (GPRS/SMS) rabitə şəbəkələri vasitəsilə məlumatların ötürülməsi istiqamətində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR