TRACECA-nın Azərbaycan seqmenti üzrə yanvar-aprel aylarında yükdaşıma 7%, sərnişindaşıma isə 8% artıb

TRACECA-nın Azərbaycan seqmenti üzrə yanvar-aprel aylarında yükdaşıma 7%, sərnişindaşıma isə 8% artıb
# 21 iyun 2010 08:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 16,4 mln. ton yük və 66,7 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ötən ilin ilk dörd ayı ilə müqayisədə TRACECA-nın Azərbaycan ərazisi ilə yükdaşımanın həcmi 6,8%, sərnişin daşınmasının həcmi isə 7,9% artıb.

Yüklərin 40%-i dəmir yolu, 44%-i avtomobil, 16%-i dəniz nəqliyyatı ilə daşınıb və ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 27,6%-ni təşkil edib.

Bunun nəticəsində, daşımalardan 101,3 mln. manat gəlir əldə edilib. Gəlirlərin 42,4%-i dəmir yolu, 21,4%-i dəniz, 36,2%-i isə avtomobil nəqliyyatının fəaliyyəti nəticəsində əldə edilb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR