«Audi» yeni modellərin istehsalına rekord məbləğ xərcləyəcək

«Audi» yeni modellərin istehsalına rekord məbləğ xərcləyəcək
# 05 yanvar 2011 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Almaniyanın «Audi» şirkəti 2015-ci ilədək yeni avtomobil modelləri və texnologiyanın hazırlanmasına 11,6 mlrd. avro xərcləyəcək.

«APA-Economics»in məlumatına görə, sözügedən investisiya şirkətin tarixində ən iri yatırım olacaq. Məbləğin 9,5 mlrd. avrosu (təxminən 80%-i) hibrid və elektromobillərin istehsalında tətbiq olunan «gələcəyin texnologiyası»nın öyrənilməsi və hazırlanmasına yönəldiləcək. Belə ki, şirkət «Audi R8 e-tron» elektromobilin istehsalına hazırlaşır. Bu model artıq 2012-ci ilin sonunda satışa çıxarılacaq. «Gələcəyin texnologiyası»nın öyrənilməsi və hazırlanması üçün «Audi» cari ildə 1 200 yeni işçi cəlb edəcək.

Bundan başqa, İnqolştadt və Nekarsulmedə yerləşən avtomobil zavodlarının inkişafına «Audi» şirkəti 5 mlrd. avro yönəldəcək. Bu da öz növbəsində müəssisələrdə istehsal olunan avtomobil modellərinin sayının artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, 2011-ci ildə «Audi» şirkəti «A6» sedanının növbəti nəslinə aid olan modelinin, həmçinin yeni «Audi Q5» hibridin satışa çıxarmasını planlaşdırır. Gələn il ərzində isə şirkət «Audi Q3» krossoverini təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR