Azərbaycanın Xəzərin üzərindən çəkəcəyi körpüyə xarici investorların marağı artıb

Azərbaycanın Xəzərin üzərindən çəkəcəyi körpüyə xarici investorların marağı artıb
# 06 yanvar 2011 11:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan paytaxtı - Bakı şəhərində Xəzər dənizi üzərindən avtomobil körpüsünün inşası layihəsinə bir neçə ölkədən olan şirkətlər maraq göstərir. Bu barədə «APA-Economics»ə məlumat verən Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədovun sözlərinə görə, artıq Yaponiya, Kanada, ABŞ, Ukrayna və Çin şirkətləri, Cənubi Koreyadan bir neçə şirkət, eləcə də Rusiyanın «Texnomoststroy» şirkəti bu layihədə iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Qeyd edək ki, 2007-ci ilin qiymətləndirmələrinə görə, bu körpünün inşası layihəsinin 1,4 mlrd. dollara başa gələcəyi gözlənilir. Amma şöbə müdirinin sözlərinə görə, ötən dövr ərzində baş verən proseslərə görə, bu layihənin bahalaşması istisna deyil: «Amma əvvəlcə layihənin texniki əsaslandırması hazırlanmalı və dəqiq layihələndirilməlidir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR