«Airbus» şirkəti sifarişçilərə 500-dən artıq yeni avialayner təhvil verib

«Airbus» şirkəti sifarişçilərə 500-dən artıq yeni avialayner təhvil verib
# 13 yanvar 2011 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Almaniyanın «Airbus» şirkəti ötən il ərzində 500-dən çox sifariş alıb və sifarişçilərə 500-dən artıq yeni avialayner təhvil verib.

«APA-Economics»in Flightglobal.com-a istinadən məlumatına görə, dəqiq rəqəmlər gələn həftə açıqlanacaq.

Ötən ilin noyabr ayının sonuna «Airbus» şirkəti yeni təyyarələrin istehsalına 440 sifariş alıb. Lakin sifarişçilərin bir sıra imtinasını və mübadiləni nəzərə alsaq, bu rəqəm 388-dək enib.

Qeyd edək ki, 2010-cu ildə «Airbus»un əsas rəqibi sayılan ABŞ-ın «Boeing» şirkəti 530 sifariş alıb və sifarişçilərə 462 təyyarə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR