Bakıdakı istənilən tikili barədə Dövlət Tikinti Müfəttişliyindən məlumat almaq olar

Bakıdakı istənilən tikili barədə Dövlət Tikinti Müfəttişliyindən məlumat almaq olar
# 21 yanvar 2011 14:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakıda yeni tikilən binalardan ev almaq istəyən istənilən vətəndaş Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinə müraciət etməklə paytaxtdakı istənilən binanın vəziyyəti barədə məlumat ala bilər.

Bu barədə «APA-Economics»ə müfəttişliyin rəisi Xalid Nəcəfov bildirib. Onun sözlərinə görə, binanın istismara qəbul olunub-olunmadığı, burda tikinti ilə bağlı hər hansı problemin mövcud olub-olmaması haqqında informasiya əldə etmək vətəndaşlara ev alarkən doğru qərar verməyə kömək edəcək.

Müfəttişliyini rəisi onu da bildirib ki, vətəndaşlar təkcə yaşayış binaları yox, istənilən tikili ilə bağlı suallarını müfəttişliyə ünvanlaya bilərlər.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi Bakıda istismara qəbul edilən və edilməyən binaların siyahısını dəqiqləşdirir. Bir ay ərzində işlər başa çatdırılacaq və siyahı hökumətə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR