Ötən il Azərbaycanda beynəlxalq poçt bağlamalarının sayı 7% artıb

Ötən il Azərbaycanda beynəlxalq poçt bağlamalarının sayı 7% artıb
# 26 yanvar 2011 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən poçt şöbələri tərəfindən qəbul edilmiş daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 5 440 893 ədəd olub ki, bu da əvvəlki illə müqayisədə 4,5% çoxdur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə daxili bağlamaların sayı 2009-cu illə müqayisədə 22% artaraq 119 631 ədəd, beynəlxalq bağlamaların sayı isə 7% artaraq 8 163 ədəd təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR