Bu ilin ilk 6 ayında Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı 30%-ə çatıb

Bu ilin ilk 6 ayında Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı 30%-ə çatıb
# 13 iyul 2011 09:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda internet istifadəçilərin sayı elə sürətlə artır ki, onların sayını dəqiq müəyyən etmək mümkün olmur.

APA-Economics”in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edərkən bildirib.

Ə.Abbasovun sözlərinə görə, indi Azərbaycanın istənilən yaşayış məntəqəsində yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı var: “Azərbaycanda MDB ölkələri sırasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb. İndi yalnız inkişaf etmiş və az sayda inkişaf etməkdə olan ölkələr buna nail olub”.

Nazir bildirib ki, Ümumdünya İqtisadi Forumu 2013-cü ilin sonunda Azərbaycanda internet istifadəçilərinin sayının 50%-ə çatacağını proqnozlaşdırır. Bu ilin 6 ayında isə bu rəqəm daha da artıb - təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30%-ə yaxınlaşıb. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.

Azərbaycanda vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün internetin, xüsusilə də genişzolaqlı internetin sürətli inkişafının təmin olunması məqsədilə “Azərbaycanda genişzolaqlı xidmətlərin inkişafı üzrə Strategiya” hazırlanıb. Strategiya yaxın bir neçə ildə ölkədə internetin sürətli inkişafının təmin edilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR