Abşeron rayonunda Şəfəq qəsəbəsi yaradılacaq

Abşeron rayonunda Şəfəq qəsəbəsi yaradılacaq
# 01 mart 2024 10:33 (UTC +04:00)

Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.

Şəfəq qəsəbəsinin ərazisi 258 hektar olacaq. Hazırda faktiki əhalisi isə 8850 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR