ADY infrastruktur sahəsində bu il üçün planlarını açıqlayıb

ADY infrastruktur sahəsində bu il üçün planlarını açıqlayıb
# 03 aprel 2024 12:45 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC bu il Böyük Kəsik stansiyasında fasiləsiz avtomatik lokomotiv işarəvermə sexi bərpa etməyi planlaşdırır.

Bu barədə “APA-Economics”ə müsahibəsində ADY-nin İnfrastruktur departamentinin rəhbəri Elçin Zülfüqarov bildirib.

Onun sözlərinə görə, cari ildə infrastruktur sahəsində ADY tərəfindən bir sıra işlərin yerinə yetirilməsi nəzərdə tutulub.

“İlk növbədə Biləcəri çeşidləmə parkında başlamış əsaslı təmir işlərini tamamlamalıyıq. Bundan başqa, 4 ədəd yarımstansiya və 7 ədəd dartı yarımstansiyası əsaslı təmir olunmalıdır. 2024-cü ildə Böyük Kəsik stansiyasında fasiləsiz avtomatik lokomotiv işarəvermə sexi bərpa olunacaq”, - departament rəhbəri qeyd edib.

Onun sözlərinə görə, həmçinin bu il görülməli işlər arasında şəhərətrafı 20 km-lik yolun yenidən qurulması, Bakı–Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı və rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi və yenidən qurulması, Yalama stansiyasında təmiri cə digər işlərin yerinə yetirilməsi nəzərdə tutulub. Hazırda Yalama stansiyada gün ərzində Rusiya Federasiyasından 10 cüt qatar qəbul edilərək göndərilir. Mövcud infrastrukturun genişləndirilməsi nəticəsində bu göstəricinin 12 cütə çatdırılması planlaşdırılır.

“Bundan başqa, 43 ədəd maşın mexanizm və xüsusi nəqliyyat vasitəsinin alınması nəzərdə tutulur. Qabaqcıl dəmir yolları təşkilatlarında tətbiq olunan “European rail traffic management” və ABŞ-də istifadə olunan “Positive train control” rabitə və işavermə sistemlərinin ADY-də tətbiq olunması planlarımıza daxildir”, - Elçin Zülfüqarov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR