ADY: “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma olub

ADY:  “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma olub
# 26 fevral 2024 14:42 (UTC +04:00)

Bu gün saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib. Nəticədə qatarın damında tüstülənmə müşahidə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşısı operativ olaraq alınıb.

Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR