ADY: Zəlzələdən sonra qatarların hərəkəti tam bərpa olunub

ADY: Zəlzələdən sonra qatarların hərəkəti tam bərpa olunub
# 07 dekabr 2023 11:34 (UTC +04:00)

7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları (ADY) ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, aparılan yoxlamalara əsasən, zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.

Yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR