Bakıda qaraj və avtobus parkını yeniləməklə bağlı çətinliklər var

Bakıda qaraj və avtobus parkını yeniləməklə bağlı çətinliklər var
# 13 fevral 2024 12:51 (UTC +04:00)

Hər bir daşıyıcının müəyyən maliyyə resursu olmalıdır. Daşıyıcının gediş haqqından müəyyən gəliri olmalıdır ki, qarajını və avtobus parkını yeniləsin. Etriaf edək ki, daşıyıcıların bu istiqamətdə müəyyən çətinlikləri var.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.

O qeyd edib ki, hazırkı maliyyə modeli müəyyən qədər qaneedici deyil: “Biz dayanıqlı maliyyə modeli təklif edirik. Hazırda bu istiqamətdə zəruri addımlar atılır. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı müəyyən təkliflər olacaq və bu da avtobusların yenilənməsinə müəyyən şərait yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR