AYNA: Bakıda 350 avtobusda müəyyən çətinlik var

AYNA: Bakıda 350 avtobusda müəyyən çətinlik var
# 13 fevral 2024 12:47 (UTC +04:00)

Bakı şəhərində 180 müntəzəm marşrut xətti var ki, onların 101-i nağdsız ödənişə keçib. 600 avtobus nağdsız ödənişə keçməyib, onlardan da 350-də müəyyən problemlər var.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov “Rəqəmsal Dialoq” çərçivəsində deyib.

O qeyd edib ki, bu avtobusların texniki vəziyyəti nağdsız ödənişə keçiddə AYNA üçün müəyyən çətinliklər yaradır: “Bundan başqa, nağdsız ödənişə keçidlə bağlı daşıyıcılar tərəfindən də müəyyən müqavimətlər olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR