Azad olunmuş ərazilərdə 16 yol layihəsi icra olunur, onlardan üçünün reallaşdırılması artıq bitib.
"APA-Economics" xəbər verir ki, Bərdə-Ağdam, Hadrud-Füzuli avtomobil yolları və "Zəfər yolu" üzrə işlər artıq bitib. Digər layihələr üzrə işlər sürətlə gedir. Bəzi layihələrdə layihə gücü artıq 70%-i ötüb. Bu ilin sonu - 2025-ci ilin ortalarına qeyd olunan layihələrin 80-90%-i tamamlanacaq.