AZAL Bakıdan Sofiyaya bilet satışına start verib

AZAL Bakıdan Sofiyaya bilet satışına start verib
# 09 aprel 2024 18:27 (UTC +04:00)

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 7-dən etibarən Bakıdan Sofiya şəhərinə və əks istiqamətdə həftədə iki dəfə uçuşlar yerinə yetirəcək. Aviaşirkət artıq bu marşrut üzrə bilet satışına başlayıb.

"APA-Economics" xəbər verir ki, uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Bolqarıstanın paytaxtı və ən böyük şəhəri olan Sofiya zəngin tarixi və mədəni görməli yerləri ilə səyahətçilərin diqqətini cəlb edir.

Aviabiletləri rəsmi azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR