Azərbaycanda dəniz ilə daşınan yüklərin həcmi artıb

Azərbaycanda dəniz ilə daşınan yüklərin həcmi artıb
# 15 may 2025 15:42 (UTC +04:00)

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-aprel aylarında daşınmış yüklərin həcmi 2 946 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 48,5%-ni neft yükləri təşkil edib.

“Dəniz limanları tərəfindən 4543,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 3797,9 min tonunu və ya 83,6 faizini tranzit yüklər təşkil edib. 2025-ci il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 193,1 min ton olub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, hesabat dövründə əbu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1% azalaraq 7,9 min nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR