Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 1,8 mln. sənəd rəqəmsallaşdırılıb

Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 1,8 mln. sənəd rəqəmsallaşdırılıb
# 12 iyun 2024 16:16 (UTC +04:00)

Mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 1 milyon 881 min sənəd rəqəmsallaşdırılıb və həmin sənədlərin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi”nə inteqrasiyası ilə bağlı işlərə başlanılıb.

"APA-Econimics" xəbər verir ki, bunu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyib.

O, yeni yaradılacaq sistemdə qeydiyyat üçün əsas olan sənədlər altsisteminin olacağını qeyd edib:

"Hazırda arxivimizdə 840 min sənəd var ki, bunların rəqəmsallaşdırılaraq sistemə daxil edilməsinə başlanıb. Bizim qurumun 2 milyon 700 min sənədi də sistemə daxil ediləcək və bu yerləşdirilməli olan sənədlərin çox az bir hissəsidir. Digər dövlət qurumlarının da sənədlərininin bu sistemə daxil edilməsi nəzərdə tutulub".

"Hər bir şəxs və ya qurum öz identifikasiya yaxud VÖEN kodunu daxil edərək sistemə giriş etdikdə həmin sənədləri əldə edə biləcək", - deyə E.Məmmədov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR