“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - VİDEO
# 29 may 2024 16:51 (UTC +04:00)

“Azərişıq” ASC-nin yenidənqurma işləri Cəlilabadda Günəşli və Axtaxana kəndlərində davam etdirilir. Zərbiəli kəndində isə işlər tamamlanmaq üzrədir. Həmin kəndlərdə 0.4 və 10 kV-luq yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, köhnə güc mərkəzləri yeni KTM-lərlə əvəz edilir.

“Azərişıq”dan “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar rayonunun şəhər mərkəzi, Əsgərabad və Aşağı Cürəli kəndlərində, Masallı rayonunun 4 kəndində – Şərəfə, Ağakişibəyli, Babaser, Köhnə Alvadı kəndlərində elektrik şəbəkəsi yenidən qurulur. Rayonunun ən böyük kəndlərindən biri olan Ərkivan kəndində də yenidənqurma işlərinə start verilib.

Məlumata görə, 1200 abonentin yaşadığı Astaranın Şiyəkəran kəndində 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar tamamilə yenilənir. Həmçinin, Astaranın Çayoba, Lerikin Zövnə və Züvüc kəndlərinin elektrik təsərrüfatları yenidən qurulur. Yardımlının Perimbel kəndinin elektrik şəbəkəsi artıq tam yenidən qurularaq sakinlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub.

“Azərişıq” ASC ölkənin bütün regionlarında, bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsini yeniləyir. Yenidənqurma işləri abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR