“Azərişıq”: Sayğacların balansını artırmaq üçün kartları 3 saniyə sayğaca yaxın saxlamaq lazımdır

“Azərişıq”: Sayğacların balansını artırmaq üçün kartları 3 saniyə sayğaca yaxın saxlamaq lazımdır
# 21 fevral 2024 13:32 (UTC +04:00)

Smart tipli sayğacların balansını artırmaq üçün kartları ən azı 3 saniyə sayğaca yaxın saxlamaq lazımdır.

"APA-Economics" xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

"Mətbuat vasitəsilə abonentlərə bir daha çağırış edərək demək istəyirik ki, smart sayğacların balansını artırmaq üçün kartları ən az 3 saniyə sayğaca yaxın saxlamaq lazımdır. Çünki oxunma prosesi gedən zaman kartın uzaqlaşdırılması, prosesin yarıda qalmasına səbəb olur. Bütün hallarda daxil olan müraciətlər araşdırılır", - Araz Məmmədzadə qeyd edib.

Onun sözlərinə görə, 90% hallarda problem vətəndaşların kartlardan düzgün istifadə etməməsindən qaynaqlanır. Müraciətlərin 1%-i sayğacların istehsal qüsurundan, 9%-i isə terminallardakı problemlərdən yarana bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR