Azərkosmos “СOP28” tədbirində iştirak edib

Azərkosmos “СOP28” tədbirində iştirak edib
# 11 dekabr 2023 14:33 (UTC +04:00)

Azərkosmos Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı”nın 28-ci sessiyasında (COP28) Azərbaycana məxsus milli pavilyonda iştirak edir.

APA-Economics”in Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbərinə görə, Azərkosmosun əməkdaşları ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə kosmik monitorinq fəaliyyətinin roluna həsr olunmuş panel müzakirəsi ilə çıxış edib. “From space to Earth: Data driven decision-making in the age of Climate Change” adlı sessiyada qonaq qismində coğrafi informasiya sahəsi üzrə fəaliyyət göstərən ABŞ-nin “ESRI”, BƏƏ-nin “Bayanat" və Birləşmiş Krallığın “Geospatial Insight” şirkətlərinin rəhbər nümayəndələri iştirak ediblər.

Sessiyada iqlim dəyişikliyinin yaratdığı problemlərin həllində kosmik məlumatların istifadəsi, strategiyaları və bu sahə üzrə beynəlxalq əməkdaşlığın rolundan da bəhs olunub.

Qeyd edək ki, dünyanın 200-ə yaxın ölkəsindən 97 000-dən çox nümayəndə “COP28” tədbirində iştirak edir. Tədbirin əsas gündəliyində iqlim dəyişikliyinin yaratdığı mənfi təsirlərin azaldılması və iqlimin möhkəmləndirilməsi kimi mövzular əsas yer tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR