Rəis müavini: Bakı metrosunda gediş haqlarının artırılması müzakirə edilmir

Rəis müavini: Bakı metrosunda gediş haqlarının artırılması müzakirə edilmir
# 29 fevral 2024 16:30 (UTC +04:00)

Bakı metrosunda gediş haqlarının artırılması barədə müzakirələr aparılmır.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərin sualına cavab olaraq "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov deyib.

O, həmçinin bu il Bakıya 65 ədəd yeni vaqonların gətiriləcəyini deyib.

"Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir. Qatarlar əsasən Rusiyadan sifariş edilir. Ona görə də sanksiyalar səbəbindən vaqonların hədəf sayda çatdırılmasında gecikmələr ola bilər", - Hidayət Məmmədov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR