Böyük Qayıdışa dair I Dövlət Proqramı 79% icra olunub

Böyük Qayıdışa dair I Dövlət Proqramı 79% icra olunub
# 23 iyun 2025 18:25 (UTC +04:00)

“Böyük Qayıdışa dair I Dövlət Proqram”ının ümumi icra faizi təqribən 79%-dir.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetində “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı iclasda bildirilib.

Qeyd edilib ki, azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılıb.

Bildirilib ki, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üçün bugünədək dövlət büdcəsindən 7 mlrd. manat vəsait ayrılıb. Nəzərdə tutulmuş tapşırıqlar təqribən 78% səviyyəsində icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR