Cypho şirkəti vətəndaşların bank hesablarını ələ keçirən qrupların məlumatlarını əldə edib

Cypho şirkəti vətəndaşların bank hesablarını ələ keçirən qrupların məlumatlarını əldə edib
# 05 mart 2024 12:13 (UTC +04:00)

Universal kiber-təhlükəsizlik və avtomatlaşdırılmış kiber-kəşfiyyat həlləri üzrə ixtisaslaşmış Cypho şirkətinin təhdidlərin araşdırılması komandası tərəfindən davamlı aparılan analizin nəticəsi olaraq, ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından uzun müddətdir istifadə edərək sosial şəbəkələrdə vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarını ələ keçirən kiber-cinayətkar qrupun serverlərində olan sızdırılmış məlumatlar bazasını ələ keçirmək mümkün olub.


Şirkətdən APA-ya daxil olmuş məlumata əsasən, bu qruplar dünyada çox geniş yayılmış fişinq metodları vasitəsilə ölkə bazarında nüfuz sahibi olan kommersiya bankları, elektron pulqabı və ya kredit təşkilatlarının sosial şəbəkələrdə oxşar səhifələrini yaradaraq vətəndaşları aldatmağı bacarıb və on minlərlə vətəndaşın bank və şəxsi məlumatlarını ələ keçiriblər.

Cypho şirkəti fəaliyyətinin əsas tərkib hissəsi olaraq bu tip şirkətlərin fəaliyyətini ortaya çıxarmağa və qarşı tərəfin sistemlərində aşkar edilən boşluqlar vasitəsilə sızdırılmış məlumatların böyük bir hissəsini əldə etməyə nail olub.

Mövzu ilə bağlı zərərçəkmiş müştərilərimiz və aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Yaxın günlərdə əlaqəli qurumlar tərəfindən vətəndaşlara fərdi və ya ictimai formada daha ətraflı məlumat bildiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR