DB: Azərbaycan su ehtiyatlarının səmərəli istifadəsi üçün tədbirlər görməlidir

DB: Azərbaycan su ehtiyatlarının səmərəli istifadəsi üçün tədbirlər görməlidir
# 18 sentyabr 2024 13:52 (UTC +04:00)

Azərbaycanda iqlim dəyişikliyinin təsirləri ilə su çatışmazlığı getdikcə artır.

APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Stefanie Stallmeister “Su təhlükəsizliyi problemlərinin həll edilməsi üçün su sektorunda effektiv İnstitutlara və proqramlara keçid" hesabatının təqdimatında deyib.

“Azərbaycanda su ehtiyatlarının təxminən 70%-nin transsərhəd olması vəziyyəti daha da gərginləşdirir, bu o deməkdir ki, Azərbaycanın su təchizatı başqa ölkələrdən asılıdır”, - o əlavə edib.

Ölkə meneceri qeyd edib ki, bunları nəzərə alaraq Azərbaycan hökuməti məhdud olan su ehtiyatlarının səmərəli istifadəsi üçün tədbirlər görməlidir. Bu istiqamətdə ən vacib addımlardan biri institusional təşkilatın təkmilləşdirilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR