Baş katib: Orta Dəhlizin rəqəmsallaşdırılması hava kimi zəruri bir şərtdir

Baş katib: Orta Dəhlizin rəqəmsallaşdırılması hava kimi zəruri bir şərtdir
# 27 fevral 2024 12:52 (UTC +04:00)

Ötən il Orta Dəhliz çərçivəsində hərəkət edən konteyner qatarları üzrə göstərici, artıq bu ilin yanvar ayında əldə olunub.

APA-Economics” xəbər verir ki, bunu “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional tədbir zamanı bildirib.

Onun sözlərinə görə, cari ilin ilk iki ayı ərzində (27 fevral tarixinə) Orta Dəhlizlə 20 transkontinental konteyner qatarı hərəkət edib.

“Bu artım dinamikasıdır, bu bizim nəqliyyat dəhlizimizdə göstəricinin yaxşılaşmasını nümayiş etdirir”, - Qaydar Abdikerimov qeyd edib.

Onun sözlərinə görə, dəhliz çərçivəsində yüklərin daha qısa zamanda hərəkət etməsi və hərəkət cədvəlinin stabilləşdirilməsi istiqamətində işlər aparılır: “Məhz buna görə də bizim dəhlizimizin transformasiyası və rəqəmsallaşması lazımdır. Dəhlizimizdə rəqəmsallaşma hava kimi zəruridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR