Dünya Bankı: Azərbaycanda enerji istehlakının 55%-i binaların payına düşür

Dünya Bankı: Azərbaycanda enerji istehlakının 55%-i binaların payına düşür
# 22 fevral 2024 14:35 (UTC +04:00)

Azərbaycanda enerji istehlakının təqribən 55%-i binaların payına düşür. Bu da dünya üzrə orta göstərici olan 35%-dən xeyli çoxdur. Ölkədə binalarda enerji effektivliyini artırmaq üçün müxtəlif təşəbbüslər və proqramlar həyata keçirir, lakin lazımi nəticələrə nail olmaq üçün yeni və əhatəli yanaşmaya ehtiyac var.

"APA-Economics" xəbər verir ki, bu barədə Binalar Sektorunda Milli Renovasiya Proqramının işlənib hazırlanması istiqamətində Enerji Effektivliyi Bazarının Qiymətləndirilməsinin İlkin Nəticələri üzrə keçirilən seminarda Dünya Bankı tərəfindən bildirilib. Seminarda həmçinin, Azərbaycanda özəl (yaşayış və kommersiya) və ictimai binalar üçün Milli Renovasiya Proqramı üçün hazırlanan Yol Xəritəsinin əsas nəticələri, ictimai binalarda enerji effektivliyi potensialının bazar qiymətləndirilməsinin ilkin nəticələri ilə bağlı rəylər və sözügedən proqramın həyata keçirilməsi üçün ehtiyacların qiymətləndirilməsi müzakirə edilib. Müzakirələrdə Azərbaycan hökuməti, enerji və kommunal xidmətlər sektoru, beynəlxalq maliyyə təşkilatları və donor təşkilatlarının nümayəndələri də iştirak edib.

Qeyd edək ki, seminar Dünya Bankı tərəfindən həyata keçirilən və Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) proqramı çərçivəsində “Enerji effektivliyi və iqlim” texniki yardım layihəsinin icrası çərçivəsində təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR