Biz "Azərkosmos" ilə əməkdaşlıq edirik. Onlarla müxtəlif səpkidə münasibətlərimiz qurulub.
"APA-Economics" xəbər verir ki, bunu Yaponiya Kosmos Araşdırma Agentliyinin (JAXA) prezidenti Hiroşi Yamakava mətbuat konfransında çıxışı zamanı bildirib.
Ayın araşdırma missiyası olacaq "Artemis"də Azərbaycanın iştirakına gəlincə, şirkət rəhbəri bunları bildirib: "Azərkosmos"un bizimlə əməkdaşlığına hazırıq və şad olarıq. Onlarla birinci və ikinci faza məlumatları paylaşmağa hazırıq".