Köndələnçay su anbarı ilə bağlı işlər yekunlaşmaq üzrədir

Köndələnçay su anbarı ilə bağlı işlər yekunlaşmaq üzrədir
# 05 mart 2024 11:30 (UTC +04:00)

Köndələnçay su anbarı ilə bağlı işlər yekunlaşmaq üzrədir.

APA-Economics”in xəbərinə görə, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov Bakı Su Həftəsinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük layihələr icra olunur: “İşğaldan azad olunan ərazilərdə su anbarları istifadəyə verilir. Lakin qeyd edim ki, kanalların çoxu torpaqla örtüldüyü üçün onların hamısını beton üzlüyə almaq böyük vəsait tələb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR