Mahaçqala limanında yeni dəniz keçid məntəqəsinin tikintisi aparılır

Mahaçqala limanında yeni dəniz keçid məntəqəsinin tikintisi aparılır
# 06 dekabr 2023 17:27 (UTC +04:00)

Mahaçqala dəniz ticarət limanının ərazisindəki keçid məntəqəsinin infrastrukturunun 2026-cı ilin sonunadək yenilənməsi planlaşdırılır. Bu, öz növbəsində, xaricdən yüklərin keçid sürətini artıracaq.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu respublika hökumətinin sədri Əbdülmüslimov bildirib.

"Mahaçqala dəniz ticarət limanının inkişafında mühüm istiqamət gömrük prosedurlarının sürətləndirilməsidir. Mahaçqala limanının ərazisində Rusiya Federasiyasının dövlət sərhədindən yeni dəniz keçid məntəqəsinin tikintisi aparılır", - Əbdülmüslim Əbdülmüslimov qeyd edib.

Onun sözlərinə görə, məntəqənin ərazisində dövlət nəzarəti orqanlarının əməkdaşları üçün binanın, gömrük rəsmiləşdirilməsi prosedurundan keçən malların müvəqqəti saxlanması üçün anbarın tikintisi, nəqliyyatın təhlükəsizliyi zolağında buraxılış məntəqələrinin tikintisi, o cümlədən yoxlama-nəzarət kompleksinin quraşdırılması nəzərdə tutulur. Obyektlərin tikintisinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.

“Keçid məntəqəsinin tikintisi yükləri nəqliyyat vasitələrindən, o cümlədən konteynerlərdən boşaltmadan skan etməyə imkan verəcək və buna görə də yükün keçid sürəti əhəmiyyətli dərəcədə artacaq”, - Əbdülmüslim Əbdülmüslimov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR