Müntəzəm avtobus marşrutları üzrə keçiriləcək müsabiqənin vaxtı açıqlanıb

Müntəzəm avtobus marşrutları üzrə keçiriləcək müsabiqənin vaxtı açıqlanıb
# 03 oktyabr 2023 13:38 (UTC +04:00)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 15 avqust 2023-cü il tarixində müsabiqəyə təqdim etdiyi 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili və 169 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları üzrə müsabiqəni oktyabrın 9-da keçirəcək.

Bu barədə “APA-Economics” AYNA-ya istinadən xəbər verir.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Xatırladaq ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR