Nazir: Azərbaycan Britaniyanın minatəmizləmə fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirir

Nazir: Azərbaycan Britaniyanın minatəmizləmə fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirir
# 07 dekabr 2023 10:59 (UTC +04:00)

Azərbaycan Böyük Britaniyanın minatəmizləmə fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirir.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında energetika naziri Pərviz Şahbazov bildirib.

"Əminik ki, bu istiqamətdə daha uğurlu addımlara imza atacağıq", - nazir vurğulayıb.

Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və rekonstruksiya işləri aparılır və bu proses çərçivəsində Böyük Britaniya şirkətləri 4 layihədə iştirak edirlər.

"Bununla da onlar bizim əməkdaşlığımızın həm miqyası, həm də həcminin genişlənməsinə öz töhvəsini verirlər", - Pərviz Şahbazov.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR