Ötən il Xankəndidə 307 obyektin əsas vəsaitləri inventarlaşdırılıb

Ötən il Xankəndidə 307 obyektin əsas vəsaitləri inventarlaşdırılıb
# 05 mart 2024 15:25 (UTC +04:00)

Azad edilmiş rayonlarda 882 obyektə baxış keçirilib, həmin obyektlərin əsas vəsaitləri inventarlaşdırılıb, foto va video materialları toplanıb, qapıları surğuclanıb. Bunlardan 53 obyektin mühafizəsi təmin edilib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının erməniəsilli şəxslərin yaşadığı ərazilərində humanitar vaziyyətin sabitliyinin qorunmasına, əhalinin təhlükəsizliyinin təmin edilməsinə, mövcud sosial-iqtisadi infrastrukturun mühafizəsinə, təsərrüfat işlərinin koordinasiya edilməsinə və ərazidə yaşayan əhalinin sosial ehtiyaclarının qarşılanmasına dair Tədbirlər Planı'nın icrası ilə əlaqədar Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin işçi qrupları tərəfindən 2023-cü il 30 dekabr tarixinədək Xankəndi şəhəri 307, Xocalı rayonu üzrə 219, Xocavənd rayonu üzrə 183, Ağdərə şəhəri üzrə 71, Kəlbəcər rayonu üzrə 56, Ağdam rayonu üzrə 9, Tərtər rayonu üzrə 37 obyekt olmaqla, ümumilikdə 882 obyektə baxış keçirilmiş, həmin obyektlərin əsas vəsaitləri inventarlaşdırılmış, foto va video materialları toplanıb, qapıları surğuclanıb. Bunlardan 53 obyektin mühafizəsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR