Radiotezliklərin məhdudlaşdırılmasına görə kompensasiyanın ödənilməsi qaydası müəyyənləşib

Radiotezliklərin məhdudlaşdırılmasına görə kompensasiyanın ödənilməsi qaydası müəyyənləşib
# 29 fevral 2024 11:37 (UTC +04:00)

“Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik zolaqlarından istifadə hüququnun məhdudlaşdırıldığı zaman radiotezlik istifadəçilərinə kompensasiyanın ödənilməsi Qaydası” təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatına əsasən Dövlət Radiotezliklər İdarəsi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırılır.
Nazirliyin qərarı ilə radiotezlik zolaqlarından istifadə hüququ məhdudlaşdırılmış istifadəçiyə tədbirin təşkilatçısının vəsaiti hesabına kompensasiya ödənilir.

Radiotezlik istifadəçisi məhdudiyyət tətbiq edilmiş müddət üçün kompensasiya almaq hüququna malikdir.

Barəsində müvəqqəti məhdudiyyətin tətbiq edilməsi barədə qərarı almış radiotezlik istifadəçisi bu Qaydanın 5-ci hissəsinin tələbləri nəzərə alınmaqla 15 (on beş) gün müddətində kompensasiya almaq üçün ərizə ilə Nazirliyə müraciət edir.

Ərizədə aşağıdakı məlumatlar göstərilir:

- radiotezlik istifadəçisi barədə məlumat;
- məhdudiyyətin tətbiq edilməsi barədə qərarın nömrəsi və tarixi;
- Nazirlik tərəfindən müəyyən edilmiş “Azərbaycan
Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”na əsasən DRİ tərəfindən istifadəçiyə təqdim olunan hesab və həmin hesab üzrə istifadəçi tərəfindən ödənişin icra edilməsi barədə sənədlərin nömrəsi və tarixi.

Nazirlik kompensasiyanın ödənilməsi üzrə müraciətdəki məlumatlar əsasında radiotezlik zolaqlarından istifadə hüququ məhdudlaşdırılmış istifadəçiyə tədbir təşkilatçısının vəsaiti hesabına “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”na əsasən məhdudiyyət tətbiq edilmiş müddətə müvafiq olaraq kompensasiya ödənilməsi barədə qərar qəbul edir.

Qərarda aşağıdakılar qeyd edilir:
- qərarın qəbul edildiyi tarix;
- kompensasiyanın məbləği;
- təşkilatçı və tezlik istifadəçisi barədə məlumatlar;
- kompensasiyanın ödənilməsinin müddəti.
Qərarın qəbul edildiyi tarixdən 30 (otuz) gün müddətində kompensasiya istifadəçinin hesabına köçürülür.
Kompensasiyanın məbləği təyin olunarkən təşkilatçı və tezlik istifadəçisinin iştirakı təmin olunur və onun mövqeyi öyrənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR