Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir

Baş nazirinin müavini Marat Xusnullin

© APA | Baş nazirinin müavini Marat Xusnullin

# 17 may 2024 19:48 (UTC +04:00)

Rusiya Federasiyası ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında ticarət dövriyyəsi son bir ildə 30% artıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Marat Xusnullin “Rusiya – İslam Dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumunun plenar iclasının yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əmtəə dövriyyəsi ilə yanaşı, turist axınının həcmi, Rusiya məhsullarının ixracı və idxalı da artıb.

Rusiya Baş nazirinin müavini bildirib ki, bu il forumda bütün Körfəz ölkələri və bütün ərəb dünyası təmsil olunub: "Nümayəndələrin əsas sualı isə Süveyş kanalına alternativ olan Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınma vaxtı ilə bağlı olub. Layihə Kazan Forumunda ətraflı müzakirə olunub".

Xusnullinin sözlərinə görə, son bir neçə ildə Şimal-Cənub logistika dəhlizi layihəsinin həyata keçirilməsində ciddi irəliləyişlər olub. Dəmir yolunun Körfəz limanlarına qədər uzadılması üçün Azərbaycan və İranla müqavilələr bağlanıb. Türkmənistan Xəzər dənizi boyunca İrana yol çəkməyə başlayıb, Qazaxıstan istiqamətində yol çəkməyi planlaşdırır.

“Mən və Qazaxıstandan olan həmkarlarım da tikinti planlarımızı sinxronlaşdırdıq. Kazandan Yekaterinburqa gedən yol Avropa-Qərbi Çin marşrutunun cənub-şərq istiqamətidir. Yəni, son bir ildə bizdə bu istiqamətdə çox böyük müsbət dəyişikliklər olub”, - RF hökuməti sədrinin müavini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR