Sabah Qaraçuxur qəsəbəsində qaz olmayacaq

Sabah Qaraçuxur qəsəbəsində qaz olmayacaq
# 21 fevral 2024 18:15 (UTC +04:00)

Sabah Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “APA-Economics” SOCAR “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə 22.02.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR