Stefanie Stallmeister: Azərbaycan həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək

Stefanie Stallmeister: Azərbaycan həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək
# 29 noyabr 2023 11:27 (UTC +04:00)

Azərbaycan qlobal miqyasda baş verən dekarbonizasiyanın təsirinə birbaşa məruz qalan ölkədir.

APA-Economics”in xəbərinə görə, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan növbəti illərdə həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək: “Bu xüsusən kənd təsərrüfatında öz təsirini göstərəcək. Qeyd edim ki, iqlim və inkişaf perspektivləri ilə bağlı hazırlanan hesabat həm ölkələrin inkişaf perspektivlərini təhlil edir, həm də iqlim dəyişikliyi nöqteyi-nəzərindən araşdırmalara imkan verir”.

Dünya Bankı bu hesabatla üzv ölkələrə öz tövsiyələrini açıqlayır: “Bundan başqa biz dayanıqlı artım üçün müvafiq tövsiyələri açıqlayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR