Süni intellekt üzrə yeni dövlət standartı qəbul edilib

Süni intellekt üzrə yeni dövlət standartı qəbul edilib
# 04 dekabr 2023 16:37 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO/IEC 22989:2023 “İnformasiya texnologiyaları — Süni intellekt — Süni intellektə dair anlayışlar və terminologiya” yeni dövlət standartını qəbul edib.

Bu barədə "APA-Economics"ə AZSTAND-dan bildirilib.

Məlumata görə, sözgedən standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR