Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Cənubi Qafqazda kommunikasiyaların bərpası mövzusunu şərh edib.
APA xəbər verir ki, nazir bu barədə “Kanal7” telekanalında danışıb.
O deyib ki, Azərbaycanın Qərq rayonlarından Naxçıvan Muxtar Respublikası istiqamətində nəqliyyat dəhlizinin həm İran, həm də Ermənistan ərazisindən keçəcəyi istisna edilmir:
“Birinci halda söhbət 61 kilometrlik, ikinci halda isə təxminən 43 kilometrlik marşrutdan gedəcək”.
Nazir deyib ki, müəyyən problemlər var, lakin onlar qarşıdakı dövrdə həll oluna bilər: “Bu, zaman məsələsidir”.
Türkiyəli nazir qeyd edib ki, Türkiyə Bakı ilə daim təmas qurur və əlaqə saxlayır.