Xəzər Dənizindən Aİ-ə qədər böyük ötürücülük sistemi formalaşdırılacaq

Xəzər Dənizindən Aİ-ə qədər böyük ötürücülük sistemi formalaşdırılacaq
# 30 noyabr 2023 15:48 (UTC +04:00)

Yaxın günlərdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində elan edilmiş tenderin nəticələri açıqlanacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyin direktoru Cavid Abdullayev Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edərək bildirib.

Onun sözlərinə görə, qeyd olunan saziş Xəzər Dənizindən Avropa İttifaqına qədər böyük bir ötürücülük sisteminin formalaşmasını nəzərdə tutur.

"Bununla bağlı məsləhətçi şirkətin seçilməsi üçün elan olunmuş tender artıq yekunlaşır və yaxın günlərdə onun nəticələri yəqin ki, elan olunacaq", - Cavid Abdullayev qeyd edib.

Agentliyin direktoru onu da əlavə edib ki, qalib məsləhətçi şirkət saziş çərçivəsində yaradılması nəzərdə tutulan sistemin konfiqurasiyasının nədən ibarət olacağı və onun texniki-iqtisadi əsaslandırılması üzrə müfəssəl araşdırmalara start verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR