AZAL: Zəlzələ uçuşlarımıza təsir etməyib

AZAL: Zəlzələ uçuşlarımıza təsir etməyib
# 07 dekabr 2023 11:48 (UTC +04:00)

Azərbaycan Hava Yolları Bakı yaxınlığında baş vermiş zəlzələyə baxmayaraq, uçuşları cədvələ uyğun həyata keçirməyə davam edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bütün uçuşlar sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməklə ştat rejimdə yerinə yetirilir.

Qeyd edək ki, Azərbaycanda baş vermiş 5.6 bal gücündə zəlzələnin ocağı Xəzər dənizində, 68 km dərinlikdə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR