Zəlzələ ilə əlaqədar şəhərətrafı qatarların sürəti aşağı salınıb - FOTO

Zəlzələ ilə əlaqədar şəhərətrafı qatarların sürəti aşağı salınıb - FOTO
# 07 dekabr 2023 08:49 (UTC +04:00)

Zəlzələdən sonra dəmiryol xətlərində aparılan diaqnostika işləri ilə bağlı qatarların sürəti aşağı endirilib.

APA xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd edilib ki, 7 dekabr tarixində səhər saatlarında Xəzər dənizində baş vermiş 5.0 bal gücündə zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

"Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər", - məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR