Zəngilan şəhərində yolların ümumi uzunluğu 31 kilometr olacaq - FOTO

Zəngilan şəhərində yolların ümumi uzunluğu 31 kilometr olacaq - FOTO
# 20 may 2024 14:37 (UTC +04:00)

Zəngilan şəhərinə media-tur təşkil olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, media nümayəndələri Zəngilan şəhərinin Prezident İlham Əliyev tərəfindən mayın 18-də təməli qoyulan daxili yol-kommunikasiya şəbəkəsi ilə tanış olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Fərid Yusubov media nümayəndələrinə bildirib ki, Zəngilan şəhərində yolların ümumi uzunluğu 31 kilometr olacaq, velosiped və piyada zolaqları yaradılacaq: "Layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR