Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.
1970-ci il təvəllüdlü Musayeva Mehriban Siyavuş qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçib. Bu zaman onu minik avtkmobili vurub. Yaralı ağır kəllə-beyin travması və aşağı ətrafın müştərək travması diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qadın yolu keçən zaman qulağında qulaqcıq olub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.