İmişli Suvarma Sistemləri İdarəsi "Azərişıq"ı məhkəməyə verib

İmişli Suvarma Sistemləri İdarəsi "Azərişıq"ı məhkəməyə verib
# 31 may 2019 20:06 (UTC +04:00)

İmişli Suvarma Sistemləri İdarəsinin "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisindən istifadəyə görə hesablanmış debitor borcunun və qərarların ləğv edilməsi barədə iddia ərizəsinə baxılıb.

ONA-nın xəbərinə görə, Şirvan İnzibati-İqtisadi Məhkəməsində hakim Orxan İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi geri qaytarılıb. Qərarda göstərilib ki, iqtisadi mübahisələr üzrə iddia ərizələrinin kağız daşıyıcıda göndərilməsi, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməməsi Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü və 135.8-ci maddələrinin göstərişinə uyğun olmadığından ərizə geri qaytarılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR