Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada ölüb
# 16 oktyabr 2020 15:17 (UTC +04:00)

Bakıda piyadanın ölümü  ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 15-də saat 21 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Sumqayıt şəhər sakini R.Əşrəfov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Roman Plujnikovu vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR