Azərbaycanın Ekvadordakı səfiri bu ölkənin komitə rəhbərilə görüşüb

Azərbaycanın Ekvadordakı səfiri bu ölkənin komitə rəhbərilə görüşüb
# 31 may 2019 21:58 (UTC +04:00)

İqamətgahı Braziliya şəhərində yerləşən Azərbaycanın Ekvador Respubliksındakı səfiri Elxan Poluxov paytaxt Kito şəhərinə işğüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Suverenlik, inteqrasiya, xarici siyasət və daxili təhlükəsizlik komitəsinin prezidenti Fernando Flores Vasquezlə görüşüb.

Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinindən ONA-ya bildirilib ki, səfirimizi salamlayan F.Vasquez ölkələrimiz arasında sıx və dost əlaqələrin olduğunu və maraq duğuran bir sıra məsələlərdə beynəlxalq təşkilatlar çərçivəsindəki qarşılıqlı dəstəyi qeyd edib.

Öz növbəsində Elxan Poluxov ölkələr arasında sıx əlaqələrin mövcudluğunu təsdiqliyərək, bunun üçün parlamentlərarası diplomatiyanın xüsusi rol oynadığını vurğulayıb. Milli Məclisin strukturu və fəaliyyəti haqqında ətraflı məlumat verən səfir, ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin daha da yaxınlaşdırılması, bunun üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini söyləyib. Səfir qeyd edib ki, Ekvadorla Azərbaycanın müxtəlif sahələrdə sıx əməkdaşlığı üçün potensial mövcuddur və bunun üçün müvafiq dövlət, biznes qurumları arasında əlaqələrin yaradılması labüddür.

Sonra səfir regionumuzda baş verən siyası və iqtisadi proseslər barəsində danışaraq,
Emənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib, Ekvador tərəfini ölkəmizin ədalətli mövqeyni dəstəkləməyə çağırıb.

F.Vasquez Ekvador Konstitusiyasında müstəqil ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşma və bütün münaqişələrin sülh yolu ilə həll edilməsi prinsiplərinin əks olunduğunu bildirib. O, Emənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq qanunvericilik və prinsiplərə uyğun, sülh və danışıq yolu ilə həll edilməsini arzulayıb. Həmsöhbət həmçinin ölkəmizə səfər təklifini məmnunluqla qəbul edərək, qısa zamanda bunun həyata keçirilməsinə çalışacağını vəd edib.

Sonda tərəflər dünyada və regionda baş verən müxtəlif proseslər ətrafında fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR